ABŞ-da polis 77 yaşlı Geyl Kastinonu evində oğurlanmış 100-ə yaxın pişik saxladığı üçün həbs edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, heyvanlar son dərəcə ağır şəraitdə saxlanılıb. Evin içərisində temperatur 40 dərəcədən yuxarı olub, döşəmə isə tamamilə heyvan tullantıları ilə örtülüb.
Polisin bildirdiyinə görə, bəzi pişiklərin pəncələrində bərkiyən nəcis qalıqları təmizlənib ki, onlar normal yeriyə bilsinlər.
Məlumata əsasən, Geyl Kastino daha əvvəl də heyvanlara lazımi qaydada qulluq etmədiyinə görə məsuliyyətə cəlb olunub. Buna baxmayaraq, o, pişikləri toplamağa davam edib və onları “xilas etdiyinə” səmimi şəkildə inanıb. Hakimiyyət orqanları qadının psixiatrik yardıma ehtiyacı ola biləcəyini istisna etmir.
Pişiklərin bir hissəsi artıq sahiblərinə qaytarılıb. Qalan heyvanlar isə reabilitasiya prosesindən sonra yeni ailələrə veriləcək.

