Şəhadətnamə almaqdan imtina edilən şəxslər müəyyən müddətdən sonra yenidən müraciət edə biləcəklər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar yalnız bir il keçdikdən və notarius vakansiyası olduqda yenidən imtahan və müsahibəyə buraxılacaqlar.
Peşə hazırlığı üzrə müsahibədən keçə bilməyən şəxslər isə üç il ərzində vakansiya olduğu halda yenidən müsahibədə iştirak edə bilərlər.
Bu qaydalar namizədlər üçün təkrar qiymətləndirmə imkanını müəyyən edir.