Büdcədənkənar GƏLİRLƏR

05 Avqust 2026, 01:01

Dövlət ümumi təhsil müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsait dövlət büdcəsindən ayrılan maliyyənin həcminə təsir göstərməyəcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Məktəblər həmin vəsaitdən nizamnamələrinə uyğun sərbəst istifadə edə biləcəklər.

Dövlət həmçinin innovativ layihələrin həyata keçirilməsi üçün qrantların ayrılmasını təmin edəcək.

Bu yanaşma təhsildə yeniliklərin və rəqabətin inkişafını dəstəkləyəcək.