Konsulluqlar müxtəlif sənədlərin rəsmiləşdirilməsi ilə bağlı geniş səlahiyyətlərə malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar sənədlərin surətlərini, çıxarışlarını, imzaların həqiqiliyini və tərcümələrin düzgünlüyünü təsdiq edirlər.
Bundan əlavə, şəxsin sağ olması və müəyyən yerdə olması faktını da təsdiqləyə bilirlər.
Bu xidmətlər xaricdə hüquqi münasibətlərin rəsmiləşdirilməsini asanlaşdırır.