Notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması xüsusi təlimat əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Həmin təlimat müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.

Notariuslar və digər səlahiyyətli şəxslər statistik hesabat aparmağa borcludurlar.
Bu qaydalar notariat fəaliyyətinin vahid şəkildə təşkilinə xidmət edir.