İcbari təlimi uğurla başa vuran şəxslərə şəhadətnamənin verilməsi proseduru müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Şəhadətnamə verilməsi barədə qərardan sonra namizəd dövlət rüsumunu ödəməlidir.
Ödənişi təsdiq edən sənəd təqdim olunduqdan sonra şəhadətnamə 10 gün ərzində verilir.
Şəhadətnamə beş il müddətinə etibarlı hesab olunur.