Rusiya ordusunun bu gecə Kiyev şəhərinə və Kiyev vilayətinə atdığı 28 raketdən heç biri vurulmayıb.

Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, bu gün Rusiya ordusu 24 “İskəndər-M/S-400” ballistik raketi və 4 “Zirkon/Oniks” raketi, həmçinin 115 hücum dronundan istifadə etməklə nəqliyyat və paylama mərkəzlərinə kütləvi zərbə endirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ballistik hücumlarının qarşısını almaq üçün istifadə olunan “Patriot” sistemləri üçün raket çatışmazlığından şikayətlənib. Zelenski bildirib ki, avqustun 1-də Ukrayna tərəfindən yalnız bir ballistik raket vurulub.