Qanunda emal edilməmiş almazların hüquqi tərifi verilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu kateqoriyaya işlənməmiş, sadəcə yonulmuş, parçalanmış və ya qırılmış almazlar aid edilir.
Onların siyahısı xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə müəyyən olunur.
Müvafiq dövlət orqanı həmin siyahını təsdiqləyir.
Bu müddəa Azərbaycanın Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə qoşulması ilə əlaqədardır.
Beləliklə, almazların beynəlxalq ticarəti üzrə tələblər qanunvericiliyə daxil edilir.
