Qiymətli metalların hasilatı və emalı ilə bağlı tələblər qanunla tənzimlənib.

Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.

Qiymətli metalların hasilatı yalnız xüsusi razılıq almış yerin təki istifadəçiləri tərəfindən həyata keçirilə bilər. Affinaj prosesi isə yalnız müəyyən edilmiş tələblərə cavab verən hüquqi şəxslər tərəfindən aparılır. Bu müəssisələr müvafiq siyahıya daxil edilməlidir. Məqsəd emal prosesinin beynəlxalq standartlara uyğun həyata keçirilməsidir. Beləliklə, qiymətli metalların keyfiyyətinə dövlət nəzarəti təmin edilir.