İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər üçün mənfəət vergisi üzrə güzəşt tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Onların əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad edilir.
Bundan başqa, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrinə ayrılan müəyyən vəsaitlər də güzəştə cəlb olunur.
Bu güzəştlər yalnız nağdsız ödənişlərə münasibətdə tətbiq edilir.