Lotereya biletlərinin agent qaydasında satışından əldə olunan gəlirlərə vergi güzəşti tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Güzəşt lotereya satıcısı ilə bağlanmış müqavilə və ya onun tapşırığı əsasında göstərilən xidmətlərə şamil olunur.
Bu qayda lotereya satış şəbəkəsinin fəaliyyətini stimullaşdırır.
Güzəşt yalnız qanunvericilikdə nəzərdə tutulan fəaliyyətlərə aiddir.
