Alışı qanunvericiliyə uyğun rəsmiləşdirilməyən mallarla bağlı xüsusi vergi qaydası müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə hallarda maliyyə sanksiyası tətbiq edilərsə, malların müəyyən olunmuş dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.
Bu mexanizm vergi uçotunun dəqiqliyini təmin etməyə yönəlib.
Qayda yalnız Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiq edilir.
