Xüsusi notariuslar maliyyə və hesabatlıq sahəsində də qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar mühasibat uçotunu qanuna uyğun təşkil etməlidirlər.
Həmçinin aparılan notariat hərəkətləri, tutulan haqlar, vergilər və digər ödənişlər barədə aidiyyəti orqanlara məlumat verməlidirlər.
Bu tələb maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir.