Qanun dövlət notariuslarına hüquqi əhəmiyyət daşıyan faktları təsdiq etmək səlahiyyəti verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar şəxsin sağ olması, müəyyən yerdə olması və fotoşəkildəki şəxslə eyni şəxs olması faktlarını təsdiq edə bilərlər.
Bundan əlavə, sənədlərin təqdim olunma vaxtı da notariat qaydasında təsdiqlənir.
Bu təsdiqlər müxtəlif hüquqi münasibətlərdə sübut kimi istifadə olunur.
