Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius fəaliyyət göstərə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu müddətdə onu əvəz edən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
Sahibkarlıq fəaliyyəti və ya siyasi partiya ilə bağlı pozuntuya görə kənarlaşdırılan notariusa çatışmazlıqları aradan qaldırmaq üçün on gün vaxt verilir.
Əsaslar aradan qalxdıqdan sonra notarius yenidən vəzifəsinin icrasına buraxılır.