İcbari təlimi uğurla başa vuran və ya peşə hazırlığı üzrə müsahibədən keçən şəxslərə şəhadətnamə veriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bunun üçün əvvəlcə dövlət rüsumu ödənilməlidir.
Ödənişi təsdiq edən sənəd təqdim olunduqdan sonra on gün ərzində şəhadətnamə verilir.
Şəhadətnamə notariat fəaliyyəti ilə məşğul olmaq hüququnu beş il müddətinə təmin edir.