Hasil və istehsal olunmuş qiymətli metalların emalı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Külçə şəklində olmayan qiymətli metallar əvvəlcə affinaj üçün göndərilməlidir.
Affinaj yalnız təsdiq edilmiş siyahıya daxil olan hüquqi şəxslər tərəfindən aparılır.
Əqddə başqa hal nəzərdə tutulmadıqda mülkiyyət hüququ əvvəlki sahibdə qalır.
Affinaj müəssisələrinin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu mexanizm qiymətli metalların keyfiyyətinin vahid standartlara uyğunlaşdırılmasına xidmət edir.