Qiymətli metallar və qiymətli daşlar sahəsində nəzarəti həyata keçirən dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Həmin orqanlar hüquqi şəxslərdə qanunvericiliyə uyğun yoxlamalar apara biləcəklər.
Fərdi sahibkarların fəaliyyəti də yoxlanıla biləcək.
Onlar uçot və hesabat formalarını müəyyən etmək hüququna malik olacaqlar.
Aşkar edilən nöqsanların aradan qaldırılması üçün məcburi yazılı göstərişlər veriləcək.
Cinayət xarakterli faktlar aşkar edildikdə materiallar aidiyyəti dövlət orqanlarına göndəriləcək.
