ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.

Heftelik.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.

 

“İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.