İngiltərənin “Liverpul” və Almaniyanın “Bayer” klubu Fransa çempionu PSJ və Seneqal millisinin hücumçusu İbrahima Mbayenin xidmətlərində maraqlıdır.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu PSJ-dən ayrılmaq qərarına gəlib və karyerasını “Liverpul”da davam etdirmək istəyir.

Ötən mövsüm Mbaye PSJ-də 31 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

O, 2026-cı il Dünya çempionatında dörd oyunda iştirak edib.