UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada “Dinamo”ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunu hava şəraiti ilə əlaqələndirib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
O, güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
“Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qorumaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam təhlil edəcəyik və növbəti oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
