Husilər Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsinə zərbə endirib.

Heftelik.az “Arab News”-a istinadən xəbər verir ki, Birgə Qüvvələr Komandanlığının məlumatına görə, husilər tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 11 mülki şəxsi, o cümlədən 7 Səudiyyə Ərəbistanı vətəndaşı, 1 yəmənli, 2 misirli və 1 Pakistan vətəndaşı xəsarət alıb.

 

Nəcran istiqamətindəki hücumdan bir neçə saat əvvəl husilər Yəmənin Mərib və Hədrəməut əyalətlərində hökumət qüvvələrinin hərbi düşərgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

Yerli mənbələrə istinadən bildirilir ki, həmin hücumlar nəticəsində azı 58 hökumət hərbçisi həlak olub, onlarla hərbçi yaralanıb. Bu, 2022-ci ildən bəri Yəmən hökumət qüvvələrinə qarşı həyata keçirilən ən ölümcül hücum hesab olunur.