Azərbaycanın dövlət qızıl ehtiyatının formalaşdırılması qaydası müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb. Qızıl ehtiyatı affinaj edilmiş qızıl külçələrdən ibarətdir və dövlət mülkiyyətidir. O, dövlətin qızıl-valyuta ehtiyatlarının tərkib hissəsi sayılır. Ehtiyatın bir hissəsi Mərkəzi Bank tərəfindən beynəlxalq ehtiyat kimi saxlanılır. Digər hissəsinin saxlanılması və istifadəsi müvafiq qaydalarla tənzimlənir. Qızıl ehtiyatı fövqəladə hallarda maliyyə təminatı məqsədi daşıyır.
