Qanun qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatların növlərini müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu əməliyyatlara mülkiyyət hüququnun keçməsi, hasilat, emal və yenidən emal daxildir.
Həmçinin onların daşınması, saxlanılması və sərgilərdə nümayiş etdirilməsi də əməliyyat hesab olunur.
Məhsulların ölkəyə gətirilməsi və ölkədən çıxarılması da bu siyahıya daxildir.
Qanun bütün bu proseslərin hüquqi çərçivəsini müəyyən edir.
Beləliklə, sahədə dövriyyə vahid qaydalarla tənzimlənəcək.