Notariat fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Notariusların sayı, fəaliyyət göstərdikləri ərazi və notariat ofislərinin yerləşməsi də həmin orqan tərəfindən müəyyən edilir.
Hər bir notariusun fəaliyyəti iki ildə azı bir dəfə yoxlanılmalıdır.
Bu nəzarət notariat xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlib.
