Notarius fəaliyyətini həyata keçirərkən bir sıra öhdəliklərə əməl etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
O, vətəndaşlara hüquq və vəzifələrini izah etməli və onların qanuni mənafelərinin qorunmasına kömək göstərməlidir.
Notarius aparılan notariat hərəkətlərinin hüquqi nəticələri barədə də şəxsləri məlumatlandırmalıdır.
Bununla yanaşı, qanunvericiliyin tələblərinə riayət etməli və xidməti sirri qorumalıdır.
