Kiçik sahibkarlıq subyektləri üçün də amortizasiya üzrə güzəşt mexanizmi nəzərdə tutulub. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Bu kateqoriyaya aid sahibkarlar amortizasiya normalarına 1,5 əmsal tətbiq etmək hüququ əldə edirlər. Güzəşt sahibkarlıq fəaliyyətində istifadə olunan əsas vəsaitlərə şamil edilir. Məqsəd kiçik biznesin investisiya imkanlarını genişləndirməkdir.
