Vergi Məcəlləsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclərin gəlirdən çıxılması qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Gəlirdən çıxılan təmir xərcləri əsas vəsaitlərin kateqoriyasından asılı olaraq müəyyən edilmiş faiz hədləri ilə məhdudlaşdırılır.
Bu həddən artıq olan məbləğ əsas vəsaitin qalıq dəyərinə əlavə edilir.
Beləliklə, artıq xərclər amortizasiya yolu ilə nəzərə alınır.