Teatr, muzey, simfonik orkestr və kino sahəsində fəaliyyət göstərən hüquqi şəxslər üçün xüsusi güzəşt müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Onların bu fəaliyyətdən əldə etdikləri mənfəətin 90 faizi 2025-ci ildən başlayaraq 5 il müddətinə vergidən azad edilir.
Güzəşt film istehsalı və dublyaj fəaliyyəti ilə məşğul olan müəssisələrə də şamil olunur.
Bu addım milli mədəniyyət və kino sənayesinin inkişafına xidmət edir.
