Müəyyən şərtlərə cavab verən mikro sahibkarlıq subyektləri üçün geniş vergi güzəşti tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır.
Güzəştdən yararlanmaq üçün ən azı üç muzdlu işçi və sosial sığorta borcunun olmaması tələb edilir.
Bu mexanizm kiçik biznesin inkişafına dəstək məqsədi daşıyır.
