Məktəblərin belə hüququ var

10 Avqust 2026, 01:01

Ümumi təhsil müəssisələri nizamnamələrinə uyğun olaraq sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul ola biləcəklər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Bu fəaliyyət zamanı təhsilin prioritetliyi əsas prinsip kimi qorunmalıdır.

Məktəblərdə təcrübə-istehsalat sahələri yaradılması, ödənişli dərnəklər, kurslar və sərgilərin təşkili mümkün olacaq.

Bu imkanlar təhsil müəssisələrinin inkişafına əlavə töhfə verməyi hədəfləyir.