Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Ərizədə dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyi göstərilməlidir.
Müraciətdən sonra bir ay ərzində namizədin qanunun tələblərinə uyğunluğu araşdırılır.
Baxılmanın nəticəsi barədə müraciət edən şəxsə yazılı məlumat verilir.
