Qanun notariusların məcburi üzvlüyü əsasında Notariat Palatasının fəaliyyətini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Palata özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Onun möhürü, emblemi, bank hesabı, ştampları və blankları olacaq.
Palata fəaliyyətini qanun və öz nizamnaməsi əsasında həyata keçirəcək.