Vakant vəzifəni icra edən köməkçi xüsusi öhdəliklər daşıyacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
O, fəaliyyətə başlamazdan əvvəl xüsusi notarius kimi and içməlidir.
Köməkçi öz adından və öz möhürü ilə fəaliyyət göstərməli, həmçinin peşə məsuliyyətini icbari qaydada sığortalamalıdır.
Əməyinin ödənişi qanunla müəyyən edilmiş vəsait hesabına həyata keçirilir.
