Qiymətli metallar və qiymətli daşlar sahəsində dövlət tənzimlənməsinin vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Dövlət bu sahədə siyasətin həyata keçirilməsini və xüsusi razılıq sisteminin tətbiqini təmin edir. Qiymətli metalların uçotu, saxlanması və hesabat qaydaları hazırlanır. Qiymətli daşların təsnifləşdirilməsi, eləcə də zərgərlik məmulatlarının əyarlanması və damğalanması da dövlət tərəfindən tənzimlənir. Dövlət rüsumu tətbiq edilən əyar işlərinin siyahısı da müəyyən olunur. Bu tədbirlər bazarın vahid qaydalar əsasında fəaliyyətini təmin edir.
