Qiymətli metallar və qiymətli daşlar olan yerin təki üzərində mülkiyyət hüququ müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, belə yeraltı sərvətlər dövlətin müstəsna mülkiyyətidir.
Onlar üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasına məxsusdur.
Xəzər dənizinin Azərbaycana aid bölməsindəki yataqlara münasibətdə də eyni prinsip tətbiq edilir.
Bu sahələrdə dövlət öz suveren hüquqlarını həyata keçirir.
Beləliklə, strateji sərvətlər üzərində dövlət nəzarəti qorunur.
