Yəmənin husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.

Heftelik.az xəbər verir ki. bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində gəminin 3 ekipaj üzvü həlak olub. Onlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.

Yerli hərbi mənbələr gəminin adının “Tihama” olduğunu bildiriblər.

Hadisə Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı hücumların intensivləşdiyi bir vaxtda baş verib.