Rusiyanın düşmən adlandırılması daha sonra konkret addımlar tələb edəcək siyasi bəyanat olacaq.
Heftelik.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalif ”TV Pirveli” və “Formula” telekanallarının jurnalistlərinin “Rusiya düşməndirmi?” sualına cavabında deyib.
Baş nazir sualın utancverici olduğunu qeyd edərək televiziya kanallarının xarici agenturanın bölmələri olduğunu bildirib.
Kobaxidze həmçinin qeyd edib ki, Gürcüstan ərazilərini işğal etmiş yeganə dövlət Rusiyadır.
“Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib. Bu faktdır və Gürcüstan dövlətinə və xalqına qarşı açıq-aşkar cinayətdir”, – o əlavə edib.
