Notariat Palatasına notariat xidmətinin inkişafı ilə bağlı mühüm funksiyalar həvalə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Palata notariusların peşə hazırlığında iştirak edəcək və notariat təcrübəsini ümumiləşdirəcək.
Həmçinin qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək və beynəlxalq əməkdaşlıq həyata keçirəcək.
Palata digər ölkələrin notariat təşkilatlarına da üzv ola bilər.