Toplanan dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üçün konkret müddət müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Dövlət notariusu qəbul etdiyi rüsumu iki bank günü ərzində büdcəyə köçürməlidir.
Rüsum məbləğləri barədə məlumat da notariat ofislərində görünən yerdə yerləşdirilməlidir.
Bu qayda maliyyə intizamının təmin edilməsinə xidmət edir.
