Qanun müxtəlif dövlət informasiya sistemləri ilə elektron məlumat mübadiləsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Lisenziya, icazə, kredit büroları və icbari sığorta ilə bağlı məlumatlar elektron qaydada yoxlanılacaq və ötürüləcək.
İcra məmurları və dövlət qeydiyyatı orqanları da real vaxt rejimində zəruri məlumatları əldə edə biləcəklər.
Bu mexanizm dövlət qurumları arasında operativ informasiya mübadiləsini təmin edir.
