Notariusların ÖHDƏLİKLƏRİ

11 Avqust 2026, 01:25

Notariusların peşə fəaliyyəti zamanı yerinə yetirməli olduqları əsas öhdəliklər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Notariuslar vətəndaşların hüquq və vəzifələrini izah etməli, onların qanuni maraqlarının qorunmasına kömək göstərməlidirlər.
Onlar hüquqi məlumatsızlığın yarada biləcəyi nəticələr barədə də şəxsləri xəbərdar etməlidirlər.
Eyni zamanda, peşə fəaliyyətinə aid məlumatların məxfiliyini qorumaq notariusun əsas vəzifələrindən biridir.