“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a qalib gəlib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.

“Bayquşlar” ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Bununla da “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.

Azərbaycan çempionu növbəti raundda “Hapoel” (İsrail, Beer-Şeva) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.