
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin 10-a çatıb.
Heftelik.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.
Partlayış nətivəsində 15 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qaldığı ehtimal edilən 4 nəfərin axtarışları aparılır.
***
saat 15.55
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Heftelik.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.
Axtarış, xilasetmə tədbirləri davam etdirilir.
İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü, 14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.
***
saat 15.32
İzmirdə fabrikdə güclü partlayış baş verib.
Heftelik.az-ın xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.
İzmir Valiliyinin yaydığı açıqlamada bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb, 3-ü ağır olmaqla, 14 nəfər yaralanıb.
Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.
