Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 27 yaşlı Elgün Rzayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.