Gəncədə 17 yaşlı qızın meyiti tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Məlumata görə, 2009-cu il təvəllüdlü A. Qasımovanın meyiti evində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.