Bu yaxınlarda üçüncü dəfə nikaha daxil olan Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toy məclisi keçirmək qərarına gəlib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 5-də keçiriləcək toy məclisinə Ermənistanın bütün siyasi elitasının dəvət edildiyi bildirilir.
Bununla belə, hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Ermənistanın Baş naziri Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyi maraq doğurur.
46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar. A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var.
