Türkiyədə azərbaycanlı kişinin meyiti tapılıb.
Heftelik.az xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.
Mənzildən gələn pis qoxu hiss edən qonşular polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları mənzilə daxil olarkən Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyitini aşkar ediblər. Psixoloji problemləri olduğu iddia edilən bacısı Mətanət Zeynalov isə yataq otağında yatarkən tapılıb. Qadının təxminən bir həftə ərzində qardaşının meyiti ilə eyni evdə yaşadığı müəyyən edilib.
Uunikal.az isə yazıb ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.
Digər ən önəmli məlumata görə, meyiti tapılan azərbaycanlı iş adamı Rövşən Zeynalov “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Qeyd edək ki, “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilova hazırda həbsdədir.
Məhkəmə ona 10 il 3 ay həbs cəzası verib.
