Notariusların peşə biliklərinin davamlı şəkildə təkmilləşdirilməsi təmin ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar mütəmadi olaraq peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb ediləcəklər.
Təlimlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində keçiriləcək.
Bu yanaşma notariat xidmətlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
