Hər bir notariusun gerbli möhürü, ştampları, blankları və elektron imzası olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Möhürdə notariusun adı, soyadı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir.
Notariat hərəkətləri yalnız dövlət gerbi əks olunmuş xüsusi blanklarda rəsmiləşdirilir.
Vəzifəsindən kənarlaşdırılan xüsusi notariusun möhürü və elektron imza sertifikatı qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təhvil verilir.